Azərbaycanı 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək “TuralTuranX” (Tural və Turan Bağmanov qardaşları) bu gün may ayının 9-da birinci yarımfinalda mübarizə aparacaq “Tell Me More” mahnısının klipi üçün kamera qarşısına keçiblər.
Ölkədə bir çox Avroviziya bloqları və saytları olmasına baxmayaraq, yenə də xəbər Avroviziya ilə əlaqəsi olmayan mənbələrdən gəlib.
Olay.az saytı məlumat verir ki, klip 1 gündə çəkilib. 3 fərqli səhnədən istifadə olunan ekran işinin süjet xətti qardaşların üzərində qurulub.
Avropanın ən çox təəccübləndirən nümayəndə heyətinin qərarları, açıqlamaları və digər bütün Avroviziya xəbərləri üçün saytımızı daha çox ziyarət edib, sosial şəbəkələrdə ölkənin rəsmi Avroviziya fan klubunu izləyə bilərsiniz.