2023 Avroviziya Mahnı Müsabiqəsinin qalib mahnısı “Tattoo” Amerikanın məşhur televiziya şousu “America’s Got Talent”-də fərqli tərzdə təqdim edilib. Şounun iştirakçısı Şeldon Rayli ifası, fərqli səhnə şousu, ekstravaqant geyimi ilə münsiflərin və tamaşaçıların diqqətini cəlb edərək müsabiqənin növbəti mərhələsinə keçib.

“Tattoo” bundan öncə də dəfələrlə müxtəlif ölkələrdə yayımlanan “X Factor”“The Voice” televiziya şoularında iştirakçılar tərəfindən ifa edilib. Qeyd edək ki, “America’s Got Talent” şousu 2006-cı ildən etibarən yayımlanır və dünyada ən məşhur televiziya şoularından biridir. Məşhur aparıcı Terri Kryusun aparıcılığını etdiyi verilişin hazırda yayımlanan 18-ci mövsümünün münsifləri prodüsser Saymon Kouell, aktyor Houi Mandel, tanınmış aktrisa Sofita Verqara və dünyaca məşhur model Heydi Klamdır.