Xəbər verdiyimiz kimi ölkəmizi bu il Avroviziya mahnı müsabiqəsində təmsil edən TuralTuranX (Tural və Turan Bağmanovlar) Avropa səhnələrinə çıxıblar.


Gənclər Amsterdam və London şəhərində yüzlərlə Avroviziya həvəskarları qarşısında çıxış ediblər. Bu kimi konsertlər hər il müsabiqədən öncə müxtəlif şəhərlərdə təşkil olunur. Tural və Turan üçün bu, artıq 1-ci çıxış deyil – onlar aprelin 3-də İsrailin Təl-Əviv şəhərində “Tell me more” mahnısını canlı ifa ediblər. Qeyd edək ki, ifaçılar bu tədbirlər çərçivəsində press-konfranslarda, fərdi müsahibələrdə və hətta ağacəkmə kampaniyasında iştirak edirlər.

Amsterdamda baş tutan “Eurovision in Concert”-də 2023 Avroviziya Mahnı Müsabiqəsi təmsilçilərimiz “TuralTuranX” ilə söhbət etmək şansımız oldu.

Onlar mahnının nədən bəhs etdiyi, hazırda gedən hazırlıq prossesi barədə danışdılar. Həmçinin, heç yerdə açıqlamadıqları “TuralTuranX” adının mənasını bizimlə bölüşdülər.