Avroviziya mahnı müsabiqəsinin ən maraqlı məqamlarından biri də məhz milli finalların izləyicilər tərəfindən daim diqqət mərkəzində saxlanılıb, izlənilməsidir. Qeyd edək ki, milli finallar əsasən şənbə günü keçirilir və milli finallarla yoğun olan şənbələrə “Super Şənbə” deyilir. Bu gün 6 ölkədə milli final həyacanı yaşanacaq. Onlardan 4-ü öz təmsilçisini seçəcək, 2-si isə təmsilçi seçmək uğrunda öz yoluna davam edəcək. Bu gün milli final həyəcanı yaşanacaq ölkələr:
?? Ukrayna: Günün ilk milli final həyəcanı Bakı vaxtı ilə 21:00-da Ukraynada başlayacaq. “Vidbir 2019” müsabiqəsi ilə bu gecə öz təmsilçisini seçəcək Ukrayna milli finalına qeyd edilən link vasitəsilə baxa bilərsiniz:
??Macarıstan: Gecənin ikinci milli final həyəcanı Bakı vaxtı ilə 22:30-da Macarıstanda yaşanacaq. “A Dal 2019” müsabiqəsi ilə bu gecə öz təmsilçisini seçəcək Macarıstan milli finalına aşağıdakı link vasitəsilə baxa bilərsiniz:
A Dal 2019 üçün – Buraya klikləyin!
??İsveç: Gecənin milli finallar həyəcanı Bakı vaxtı ilə 23:00-da “Melodifestivalen 2019” müsabiqəsinin sonuncu – 4-cü yarımfinalı ilə davam edəcək. Müsabiqəni qeyd edilən link vasitəsi ilə izləyə bilərsiniz:
Melodifestivalen 2019 üçün – Buraya klikləyin!
??Litva: Bakı vaxtı ilə 23:00-da başlayacaq digər bir milli final isə Litvanın “„Eurovizijos“ dainų konkurso nacionalinė atranka 2019” müsabiqəsidir. Final mərhələsi ilə öz təmsilçisini seçəcək olan Litva milli finalına qeyd edilən link vasitəsilə baxa bilərsiniz:
Eurovizijos dainų konkurso nacionalinė atranka 2019 üçün – Buraya klikləyin!
??Danimarka: Bakı vaxtı ilə 23:00da başlayacaq növbəti milli müsabiqə Danimarkanın “Dansk Melodi Grand Prix 2019” müsabiqəsidir. Final mərhələsi ilə öz təmsilçisini seçəcək olan Danimarka milli finalına qeyd edilən link vasitəsilə baxa bilərsiniz:
Dansk Melodi Grand Prix 2019 üçün – Buraya klikləyin!
??Portuqaliya: Gecənin son milli finalı Bakı Vaxtı ilə saat 01:00-da başlayacaq olan Portuqaliyanın “Festival da Canção 2019” müsabiqəsidir. İkinci yarımfinalı ilə öz təmsilçi seçimlərinə davam edən Portuqaliya milli finalına qeyd edilən link vasitəsilə baxa bilərsiniz:
Festival da Canção 2019 üçün – Buraya klikləyin!
Bəs, sizin favoritiniz hansı milli finaldır və hansıları izləməyi planlaşdırırsınız?