Slovakiyanın RTVS yayım şirkəti hazırda Avroviziya 2024-də iştirak etməyi planlaşdırmadıqlarını təsdiqləyib.

“Eurofestivales”-in məlumatına görə, Slovakiya 2024-cü ildə Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək. RTVS Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Slavomira Kubitskova sayta bildirib ki, hazırda onlar İsveçdə keçiriləcək növbəti il müsabiqəsində iştirak etməyi və ya Nitsada keçiriləcək Avroviziya Uşaq Mahnı Müsabiqəsində debüt etməyi planlaşdırmırlar.

İki həftə öncə RTVS Slovakiyanın Avroviziyada iştirak etməməsinin səbəbini təsdiqlədi. Yayımçı, yayımçının maliyyə məhdudiyyətlərinin 2012-ci ildən bəri yarışmada rəqabət qabiliyyətini əngəllədiyini qeyd etdi.

Slovakiya sonuncu dəfə 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsində iştirak edib, o zaman Maks Ceyson Mey ikinci yarımfinalda “Don’t Close Your Eyes” mahnısı ilə sonuncu yeri tutub.