Avropanın əsas musiqi festivalı Avroviziya Mahnı Müsabiqəsinin builki buraxılışında ölkəsini
təmsil edəcək daha bir ada aydınlıq gəlib. Belə ki, Litvada keçirilən “Eurovizija LT”
yarışmasının qalibi “Luktelk” mahnısı ilə Silvester Belt olub. Gəlin, Litvanın “Avroviziya 2024”-
dəki indiyə qədərki yoluna nəzər salaq.

6 televiziya şousundan ibarət Litvanın milli seçimi, ilk dəfə yanvarın 13-də tamaşaçıları
ekrana fokusladı. 13, 20, 27 yanvar, 3 və 10 fevral gecəsində baş tutan və hər birində 8
namizədin yarışdığı 5 yarımfinalın hər birində 2 qalib müəyyən edilərək 17 fevral tarixində baş
tutan Böyük Finala vəsiqə qazandı. 10 namizədin yarışdığı final gecəsində münsiflər heyəti və
xalqın səsverməsi nəticəsində “Luktelk” mahnısı ilə təmsil olunan Silvester Belt rəqiblərini
qabaqlayaraq Malmö səhnəsinə öz “qızıl biletini” təmin etdi. “Luktelk” litva dilində səslənən
elektro-pop rəqs mahnısıdır. Mahnının asan yadda qalması və bu dilin sehri Litvanı bu il bir
çox Avroviziya fanatına sevdirdi.

Qeyd edək ki, 1994-cü ildə yarışmaya qatılan Litva indiyə qədər müsabiqədə 23 dəfə özünü
sınayıb. İndiyə qədər üç dəfə 10-luğa düşməyi bacaran Litvanın müsabiqədə ən yaxşı nəticəsi 2006-cı ildə qazandığı 6-cı yer olub.