“Emre Yücelen ile Stüdyo Sohbetleri” verlişinə qonaq olan Sevda Ələkbərzadə Avroviziya mahnı müsabiqəsi haqqında da danışıb. İfaçı müsabiqəyə qatılmaq kimi hər hansı bir xəyalının olmadığını ancaq birinci olacağı təqdirdə qatıla biləcəyini deyib. Müsabiqəni sevmədiyi bildirən Sevda xanım daha sonra müsabiqədəki ədalətsiz səsvermədən danışıb: “Bəli, çox məşhur müsabiqədir amma orda ölkə ölkəyə səsverir, mahnıya və ifaçıya səsvermirlər.”

Bu il Sevda Ələkbərzadənin də daxil olduğu Azərbaycanın peşəkar münsiflərinin hər biri Rusiya, Moldova və Yunanıstana səsverib.

Qeyd edək ki, müsabiqədə ölkəmiz 2011 və 2013-cü illərdə 12 xalını Ukraynaya, 2017-ci ildə Belarusa (Rusiya iştirak etməyib) digər bütün hallarda isə Türkiyə (2008-2012) və Rusiyaya verib.