
Bu gün “Pesma za Evroviziju 23” yarımfinal həyəcanı başlayır!
Serbiya təmsilçisini və mahnısını seçməyə bir addımda daha yaxınlaşır. “Pesma za Evroviziju 23”-ün birinci yarımfinalında 16 sənətçi yarışmanın final mərhələsinə vəsiqə əldə etmək üçün mübarizə aparacaq.
Hər yarımfinalda münsiflər heyətinin səsverməsi (50%) və xalq səsverməsinin (50%) cəmi finala vəsiqə qazanan səkkiz namizədi seçəcək. İndi isə həmin 16 yarımfinalçı ilə tanış olaq:
Mattia Zanatta & Angela Kassiani — “Novi svet”
Adem Mehmedoviç — “Osmeh”
Naca — “Moj prvi ožiljak na duši”
Tiyana Dapçeviç — “Mamim”
Prints — “Cvet sa Istoka”
Filip Baloş — “Novi plan drugi san”
Filip Jmaher — “Čujemo se sutra”
Lyuk Blek — “Samo mi se spava”
Angellina — “Lanac”
Emphaty Soul Project — “Indigo”
Stefan Şay — “Od jastuka do jastuka”
Hertsenşlus — “Vremenska zona”
Savo Peroviç — “Prezidente”
İqor Stanoyeviç — “Iza duge”
Boris Subotiç — “Nedostupan”
CHEGI & Braća Bluz Bend — “Svadba ili kavga”
Aktyor Milan Mariç və jurnalist Draqana Kosyerina “Pesma za Evroviziju 23” seçim turuna aparıcılığ edəcək. Yaşıl otaqda isə Kristina Radenkoviç və Stefan Popoviç aparıcılıq edəcək.