Bu gün Bakı vaxtı ilə saat 00:00-da Serbiyanın paytaxtı Belqradda, RTS kanalının 8-ci studiyasından yayımlanan “Beovizija 2019” seçim mərhələsinin ikinci yarıfinalı baş tutdu. Şounun aparıcılığını Dragana Kosjerina, Ivan Mihailović, Nebojša Milovanović və Ana Babić etdilər. Toplamda 12 nəfərin mübarizə apardıöı finalın sonunda, juri və SMS səsləri nəticəsində “Kruna” mahnısı ilə Nevena Božović ölkəsini Tel-Əvivdə təmsil etməyə haqq qazandı.

Qeyd edək ki, Nevena Božović Serbiyanı 2007-ci il Uşaq Avroviziya Müsabiqəsində (3-cü yer) və 2013-cu il Avroviziya Müsabiqəsində (“Moje 3” qrupunun üzvü – Yarı finalda 11-ci yer) təmsil edib. Bu il təmsil olunacağı “Kruna” mahnısının söz və musiqisi də Božovićə məxsusdur.