Ötən il Konstraktanın ikonik çıxışı ilə uzun müddət sonra ilk 5-ə daxil olan Serbiyanı 2023 Avroviziya Mahnı Müsabiqəsində Luka Blək “Samo mi se spava” mahnısı ilə təmsil edəcək.

Luka İvanoviç 18 may 1992-ci ildə anadan olub. Daha çox səhnə adı ilə tanınan “Luke Black” Serb estradasında müğənni-bəstəkar, prodüser və həmçinin ifaçıdır.

Avroviziya Mahnı Müsabiqəsi üçün hazırladığı “Samo mi se spava” mahnısında həyatın çətinliklərindən qaçaraq bir başına qalmaq, əbədi yuxuya getmək istədiyini və dünyanı bir döyüş oyunu olduğunu deyir.

Serbiya mayın 9-da keçiriləcək birinci yarımfinalın ilk hissənində yarışacaq.