Bu gün Bakı vaxtı ilə saat 00:00-da Serbiyanın paytaxtı Belqradda, RTS kanalının 8-ci studiyasından yayımlanan “Beovizija 2019” seçim mərhələsinin finalı baş tutacaq. Şounun aparıcılığını Dragana Kosjerina, Ivan Mihailović, Nebojša Milovanović və Ana Babić edəcəklər. Şounun ən maraqlı məqamlarından biri Serbiyanı 2007-ci il Uşaq Avroviziya Müsabiqəsində və 2013-cu il Avroviziya Müsabiqəsində (“Moje 3” qrupunun üzvü) Nevena Božovićin finalda yarışacaq olmasıdı. Toplamda 12 nəfərin mübarizə aparacağı finalın sonunda, juri və SMS səsləri vasitəsilə bir nəfər ölkə təmsilçisi olmaq adını qazanacaq. Bu gün keçiriləəcək finalın iştirakçıları bunlardır:

01. Sashka Janx – “Da li čuješ moj glas”

02. Majdan – “Budim te” 

03. Sofija Perić – “Aritmija” 

04. Dženan Lončarević – “Nema suza”

05. Wonder Strings & Ivana Vladović – “Moja bol”

06. Jana Šušteršić – “Viktorija”

07. Lord – “Radnički sin”

08. Nevena Božović – “Kruna”

09. Ana Popović – “Lutaš”

10. Ivan Kurtić – “Bela”

11. Nataša & Una – “Samo bez straha”

12. Aleksandra Sekulić – “Tugo” 

Qeyd edək ki,Sofija Perić və Jana Šušteršićin mahnısının həmmüəllifi, məhşur serb bəstəkar Vladimir Graić, “Molitva” (Serbiya 2007), “Verjamem” (Slovenia 2012), “Beauty Never lies” (Serbiya 2015) mahnılarının müəllifidir.