Uşaq “Eurovision” 2021 Polşa təmsilçisi və “The Voice Kids Polşa” qalibi Sara James Amerikanı fəth etməyə davam edir. Gənc ifaçı bir neçə həftə əvvəl “America’s Got Talent” telelayihəsində qızıl düyməni qazanmışdı. İndi isə polşalı ifaçı finala çıxmaq üçün mübarizə aparır.

“America’s Got Talent”-ın üçüncü yarımfinal gecəsində 11 aktın hər biri özünəməxsus şəkildə çıxış etsə də, gecədə bəziləri gözləntiləri üstələməyi bacarıb. Onlardan biri də Covel-in qızıl düyməsinin sahibi, 14 yaşlı müğənni Sara Ceyms olub. O, Elton Con klassikini yeni tərzdə ifa edərək, yarım əsr əvvəl yazılmış bu romantik balladanı amerikalılara sevdirməyi bacara bilib.

Mən çox təsirləndim, çünki bunun sənin üçün nə qədər vacib olduğunu bilirəm. Mahnı seçimi sadəcə möhtəşəmdir. Mahnını elə ifa etdin ki, o elə bil sənindir. Sən bunu bacardın! – Covel məmnunluğunu bildirib. Şounun həm münsifi, həm də yaradısıcı olan Covel hətta Elton Conun da bu şoudan məmnun qalacağını, polşalı ifaçının çıxışını tviterdə paylaşacağına inandığını bildirib.

Başqa bir münsif Houi Mandel, Saranın həmin gecə qalib çıxışı etdiyini bildirdi.

Şounun yarımfinalının nəticələri hələ ki, açıqlanmayıb. Tamaşaçıların səsverməsi avqustun 24-dək Azərbaycan vaxtı ilə saat 15:00-a qədər davam edib. Sara Ceymsin proqramın finalına yüksəlib-keçməyəcəyi çərşənbədən cümə axşamına keçən gecə məlum olacaq.