Uzun müddətdir davam edən və San-Marinonun növbəti Avrovizya təmsilçisini seçmək uğrunda saysız namizədin mübarizə apardığı “Una Voce per San Marino” nəhayət ki yekunlaşıb və müsabiqənin qalibi “11:11” mahnısı ilə “Megara” qrupu olub.

Rəsmi yayımçı kanal SMRTV-nin verdiyi məlumata görə, müsabiqəyə 31 ölkədən 700-dən çox müraciət qeydə alınıb və onlar arasında bir neçə mərhələdən ibarət seçim turundan 129 namizəd seçilib. Müsabiqənin bu il üçün daha bir yeniliyi isə mahnıların hazırlanmasında rəsmi olaraq süni intellektdən istifadə edilməsinə icazə verilməsi olub. 15-16 fevral və 19-23 fevral tarixlərində baş tutan turlarda 16 nəfər finala yüksəlib.

Müsabiqənin fərqlilikləri bununla da bitmir. Belə ki, burada sadəcə seçilən münsiflər heyətinin verdiyi xallara əsasən qalib seçilir və bu il də olduğu kimi bu qərarlar birmənalı olaraq qarşılanmır.

Xatırlatmaq istəyirik ki, müsabiqənin qalibi “Megara”-nın adı Avroviziyanın diqqətli izləyicilərinə heç də yad deyil. Qrup ötən il İspaniyanı təmsil etmək üçün “Benidorm 2023”-ə qatılımış, lakin məğlub olmuşdur. Maraqlısı budur ki, bu il İspaniyanı Avroviziyada təmsil edəcək “Nebulossa” isə ötən il San-Marinonu təmsil etmək üçün “Una Voce per San Marino “-da yer almisdir.