Ötən ilin noyabr ayında Avropa Yayım İttifaqı səsvermə sistemində dəyişiklik ediləcəyini açıqlamışdı. Bu ildən etibarən yarımfinaldan finala vəsiqə qazanan ölkələr sadəcə xalq səsverməsi ilə müəyyən olunacaq.

Yarışmada iştirak etməyən ölkələrdən olan izləyicilər “Rest of the World” başlığı altında www.esc.vote saytında kredit kartı vasitəsilə səs verə biləcəklər. Səsvermə bütün ifalar başa çatdıqdan sonra başlayacaq.

Rest of the World” bir ölkənin verə biləcəyi eyni xallara (yəni, 1 ilə 12 arası) sahibdir. Həmçinin böyük final mərhələsi zamanı istifadə olunacaq yeni səsvermə sistemi xalq səslərinin toplamı ilə birgə açıqlanacaq.

İştirakçı ölkədən xalq səsverməsi qeydə alınmadığı təqdirdə, həmin ölkədən gələn xallar əvvəlcədən seçilmiş ölkə qrupunun nəticələrinə əsasən avtomatik hesablanacaq ümumi nəticədən istifadə edilməklə müəyyən ediləcək.
Lazımi nəticənin əldə olunmaması ehtimalında, o, müvafiq ölkənin münsiflər heyətinin səsi ilə əvəz olunacaq.

Rest of the World”, yəni, “dünyanın geri qalanı” xalları müsabiqə başa çatdıqdan sonra Avroviziyanın rəsmi saytında dərc olunacaq.

Mənbə: eurovision.tv