Paytaxtda baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinin yeni mövsümünə aprelin 29-da start veriləcək. Yerli və xarici idman həvəskarlarının maraqla gözlədiyi yarışın açılışına 2016 Avroviziya Mahnı Müsabiqəsi təmsilçimiz Səmra da dəvət olunub.
Səmra bu barədə öz instaqram hesabından tanıtım çarxı paylaşaraq məlumat verib.

Xatırladaq ki, Azərbaycan Qran Prisi bu il 28-30 apreldə keçiriləcək.
Əsas turnirlə yanaşı, Bakıda mövsümün ilk sprint yarışı da təşkil olunacaq.