İngiltərənin Liverpul şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsini yaxınlaşdıqca bu yarışmaya maraq da artmaqdadır. Ölkəmizi müsabiqədə təmsil edəcək Tural və Turan qardaşları əzmlə çalışır, istəklərinə nail olmaq üçün səy göstərirlər. Qardaşlarla birgə çalışan komanda üzvləri onlara hər cür dəstək olur. Təmsilçilərimizin ifasını bəyənib onlara dəstək olan şəxslərdən biri də Birləşmiş Krallığın ölkəmizdəki səfiridir. O qardaşlara dəstək məqsədi ilə Zaqatalaya gəlib.
Ferqus Auld Avroviziya təmsilçimiz TuralTuranX-ın ifasını çox bəyənib. Ona görə də səfir onlarla Zaqatalaya gəlib və onlarla bir neçə təqdimatda iştirak edib.
Mahnının sehrinə düşən səfir Bağmanov qardaşları ilə onların doğulduğu Zaqatalanın Yuxarı Tala kəndində görüşdü. Havanın yağıntılı olması belə onların əhvalına təsir etməmişdi. Ərazidəki atlar da söhbətə ayrı bir ab-hava qatmışdı.
Ferqus Auld: “Salam! Düzünü desəm, bu ikinci dəfədir ki, mən Zaqataladayam. Amma ilk dəfədir ki, burada at sürmüşəm. Bu bölgə çox füsunkardır. Yamyaşıldır, hər şey qəşəngdir. Mən ümid edirəm ki, Tural və Turan çox uğurlu olacaq.”
Qardaşların səsinə valeh olduğunu deyən səfir onlarla birgə ikilinin təhsil aldığı məktəbə də baş çəkdi. Burada qonaqları Tural və Turanın müəllimləri qarşıladı. Üzlərində təbəssüm, əllərində də gül-çiçək! Tural və Turan ilk pianolarının arxasına keçərək Ferqus Auld üçün bir neçə mahnı da ifa etdilər.
Tural Bağramov: “Əlbəttə! Anlamı çoxdur, əlbəttə ki (pianonun). Hansı ki, evimizdə piano olmadığında bura gəlib piano çalmağı öyrənirdim. Mənim musiqiyə ilk başlanğıcım burada olub. Evdə internet vasitəsilə yeni mahnılar öyrənir, daha sonra isə bura gəlib onaları ifa etməyi öyrənirdim.”
Turan Bağramov: “Baxmayaraq ki, birlikdə öyrənirdik pianoda ifa etməyi, elə burada, amma Tural məndən daha yaxşı öyrənirdi bunu.”
Səfirin şəhərlə tanışlığı Zaqatala və İstirahət Parkı və Ukrayna yazıçısı Taras Şekçenkonun abidəsinin ziyarəti ilə başa çatdı. Söhbətlərinə isə Bağmanovların evində, süfrə arxasında davam etdilər. Qonaqlar milli mətbəximizin nümunələri ilə yanaşı, bölgəyə xas olan süfülünü də ağız dadı ilə yedilər.
Nərgiz Şəfiyeva: “Mən də uşaqlarımla qürur duyuram. Allah qoysa, yaxşı olar. Yaxşı nəticə əldə edərlər. İstərdik ki, birinci olsunlar. Çox böyük qürurdur ki, səfir bizim evimizdədir, heç inanmadığımız şeylər baş verir. Çox şən, şux insandır.
Bununla da Birləşmiş Krallığın ölkəmizdəki səfiri Ferqus Auld Azərbaycan qonaqpərvərliyinin bir daha şahidi oldu və Bağmanovlar ailəsilə növbəti dəfə görüşmək ümidilə sağollaşdı.
Mənbə: Ictimai Tv