Azərbaycanın Xalq Artisti Röya ötən gün Instagram hesabında paylaşımı ilə diqqət çəkib.

Məşhur müğənni “Story” bölməsində Azərbaycanın 2018 Avroviziya təmsilçisi Aisel ilə birlikdə paylaşdığı videoda deyib:

Mənə söz verib ki, birlikdə Avroviziyaya gedəcəyik. Onun ürəyi lirika ilə dolu olsa da mən ona elə mahnılar oxumağa qoymuram. Ona canlı mahnılar daha çox yaraşır.”

Aisel isə hal-hazırda Röya üçün mahnı yazdığını və dueti də müsabiqədə oxuyacaqlarını zarafatyana vurğulayıb.

Röyanın bu paylaşımı klubumuzun keçən il Röya haqqında yazdığı yazını xatırladır. Bəlkə elə o da bizim onu illərdir Avroviziya səhnəsində görməyimizdən ilhamlanıb?

Qeyd edək ki, ötən il izləyicilərin səsverməsi nəticəsində “INFEVision Video Contest” müsabiqəsində Azərbaycanı “Dəli Kimi” dueti ilə Röya təmsil etmişdi.