Ölkədə işıq üzü görən hər bir yeni sinql üçün yerli Avroviziya fanatlarını “görəsən bu mahnı ilə təmsil olunsaydıq nə olardı?” sualı düşündürür.
Bu dəfə isə xalq artisti Röyanın yeni mahnısı “Dəli Kimi” həm mahnının, həm də klipinin kreativliyi və fərqliliyi ilə bu sualdan daha çoxunu düşünməyə vadar edir.

“Niyə Azərbaycan tanınmış simaları Avroviziyaya göndərmir?”
“Niyə Azərbaycan “joke entry”-ə isti baxmır?”
“Niyə İctimai Kanal yadda qalmayacaq mahnılara şans verib cəsarətli çıxışlardan çəkinir?
“Niyə yenilikdən çox, təhlükəsiz hesab etdiyi yola can atır?”

Bəlkə də, belə böyük bir adın bizi təmsil etməsi həmçinin, “ölüm yatağında” olan müsabiqəyə olan marağın ikinci həyatı ola bilər.

Bundan əlavə qeyd etmək lazımdır ki, bir çox iştirakçı ölkədə uğur qazanan mahnı müsabiqə üçün yazılmasa belə Avroviziyaya göndərilir.

Ümid edirik ki, nə vaxtsa müsabiqə iştirakçıları və məsuliyyətli şəxsləri “təki canları rahat olsun” deyə hazır mal almaqdan çəkinəcək, “bir az dəlilik edib” bizləri sevindirəcək.

Xülasədə demək istərdik ki, əziz nümayəndə heyəti, çəkinməyə ehtiyac yoxdu. Nə etsəz bəyənməyəcəyik kimi düşünməyin əksinə sizə dəstək olacağıq.