Rilaya “Yaradan” adlı yeni mahnısını və klipini təqdim edib.

Sözləri ilk “Eurovision” mahnı müsabiqəsi mahnımızın yazarı Zəhra Bədəlbəyliyə aid olan mahnın musiqisi Nataliya Qonçarova tərəfindən bəstələnib.

“BEAT Music” musiqi leyblı altında yayımlanan mahnın ekran işi isə Ukraynanın “Ross Lane Film” şirkətinə məxsusdur.

Eurovision tamaşaçısına yad olmayan Valeriya Hüseynzadə (səhnə adı ilə Rilaya) ilk dəfə 2013-cü ildə seçimlərdə iştirak etmiş və mübarizəni final mərhələsində dayandırmışdır. O, 2014-cü ildə “Böyük Səhnə” şousunda iştirak edərək əsas şouya vəsiqə qazanan 14 iştirakçıdan biri olmuşdur, lakin şounun ikinci həftəsi müsabiqəni dayandırmışdı. Rilaya sonuncu dəfə 2018-ci ildə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil etməyə çalışıb.