“Kingsley Records” adlı musiqi leyblının yaradıcısı və bu il Avroviziya üçün mahnılar hazırlayaraq İctimai Televiziyasının daxili seçiminə göndərən Rauf Kingsley qalmaqallara səbəb olacaq açıqlama verib.
O, öz instagram səhifəsində deleqasiya nümayəndələrinin göndərilən heç bir mahnını dəyərləndirmədiyini, shortlistə əlavə edilmədiyini, seçimlərdə iştirak edən digər qrupun artıq seçildiyini yazıb.
Sözügedən paylaşımı təqdim edirik:
Çox keçmədən, bu il deleqasiyada yer alan 2011 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Eldar Rauf Kingsleydən iddialarina Olay.az-a şərh verib:
“Hələ ki təmsilçilər arasında seçimlər davam edir. 5 nəfər arasında güclü rəqabət gedir. Mən “Mamagama” qrupu haqda hazırda heç nə deyə bilmərəm, sadəcə nəticələri gözləməlisiniz. Adlarını açıqlamayacam, ancaq bütün iştirakçılarımız çox gözəl ifaçılardır və səviyyəli mahnılarla seçimlərimizə gəliblər. Mən dəqiq deyə bilmərəm ki, nəticələr nə vaxt açıqlanacaq. Çünki onlar yazılıb beynəlxalq münsiflərə təqdim ediləcək, sonra İTV tərəfindən bütün mediaya açıqlanacaq”.
Ötən illərdə də belə iddialar ortaya çıxmış və ya müxtəlif bəstəkarlar seçimlərin şəffaflığına şübhə duyaraq mahnı göndərmədiklərini etiraf etmişdir.
Fikrimizcə, bu və bunun kimi qalmaqalların qarşısını almaq üçün kanal daha şəffaf prosses təşkil etməli, seçimlərdə iştirak edən mahnılar ən azından digər iştirakçı ölkə – Çexiyada olduğu kimi ictimaiyyətə təqdim edilməlidir.