Müsabiqəyə sayılı günlər qaldıqca ilin ən həyəcanverici mövsümünə gəlirik və iştirakçı ölkələrin mahnıları yavaş-yavaş açıqlanır. Elə keçən gecə də Sloveniya təmsilçisi “Raiven” öz mahnısını klipiylə birlikdə təqdim etdi. Təkcə bununla kifayətlənmədi, bizi yaşadığımız mühitdən qoparıb başqa aləmə apardı.

“Veronika” adlanan mahnı alternativ pop janrındadır. Ritmləri, istifadə olunan vokallar dinləyiciləri maraqlı, həyəcanverici və bir qədər qaranlıq və mistik aləmə daşıyır. Müğənni verdiyi açıqlamada mahnının Sloveniyada ilk dəfə cadugərlikdə ittiham olunan Veronika adlı xanım haqqında olduğunu vurğulayır. Mahnının müəllifləri arasında 2023-cü ildə Sloveniyanı Avroviziyada təmsil etmiş “Joker Out” qrupunun solisti Boyan Tsvyetiçanin də yer alır.

Bizə isə gözləmək qalır. Görək “Raiven” duyduğumuz həyəcanı Avroviziya səhnəsində izləyərkən də yarada biləcəkmi?