Niderland üçüncü Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmək şərəfinə nail olub. 1958-ci ildə müsabiqə Niderlandın “media paytaxtı” olan Hilversumdakı televiziya studiyasında keçirildi. Bu münasibətlə studiya minlərlə lalə ilə bəzədilib.

Tanış simalar

Korri Brokken Niderlandı bir öncəki il “Net als toen” mahnısı ilə Frankfurt-am-Mayndə təmsil etmiş və qalib gəlmişdir. Bununla da Niderland televiziyası 1958-ci ildə ev sahibi olmaq şərəfinə nail oldu. Bu, ilk dəfə öncəki ildə qalib gəlmiş ölkənin növbəti il müsabiqəyə ev sahibliyi etməsi idi.

Üçüncü yerdə müsabiqəni tamamlamasına baxmayaraq, Domeniko Modunyo tərəfindən ifa edilən “Volare” adı ilə daha yaxşı tanınan “Nel blu dipinto di blu” mahnısı bütün dünyada hit oldu və bu günə qədər də bu belədir. Bu, Avroviziya Mahnı Müsabiqəsi tarixində ən uğurlu mahnılardan biridir. Domeniko hətta mahnısı ilə ABŞ-in “America Billboard Charts”-da 1-ci yerə çıxmağı bacardı və üç “Qremmi” mükafatına layiq görüldü.

Qalib haqqında

İsveç ilk dəfə müsabiqəyə qatıldı və ən böyük ulduzlarından biri olan Elis Babs ilə mübarizə apardı, lakin bu, Fransa təmsilçisi Andre Klavonun ifa etdiyi “Dors, mon amour” mahnısı ilə kuboku qazanmasına mane olmadı.

Faktlar və rəqəmlər

• 1956-cı ilin isveçrəli qalibi Liz Assia yenidən doğma ölkəsini təmsil etdi və cəmi 3 xal fərqi ilə ikinci qələbəni əldən verdi;

• Bir il öncə Avroviziya Mahnı Müsabiqəsində qalib olduqdan sonra Korri Brokken öz Vətənində sonuncu oldu və bu, onun müğənni kimi müsabiqəyə qatıldığı son il oldu. Bununla belə, Korri 1976-cı ildə Avroviziya Mahnı Müsabiqəsi səhnəsinə aparıcı kimi qayıtdı və 1997-ci ildə Niderland səslərini təqdim etdi.