2017 Avroviziya Mahnı Müsabiqəsi daha öncə 2005-ci ildə müsabiqəyə ev sahibliyi etmiş Ukraynanın paytaxtı Kiyevdə keçirildi, şəhər eləcə də 2009 və 2013-cü illərdə Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdi. 2017 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmək hüququ Camalanın müsabiqədə qalibiyyətindən sonra əldə edildi.

2017 Avroviziya Mahnı Müsabiqəsində 42 ölkə iştirak etdi, o cümlədən bir illik fasilədən sonra müsabiqəyə qayıdan Rumıniya və Portuqaliya da bu ölkələr arasında idi. 2017-ci il müsabiqəsi 1957-ci ildə ilk iştirakının 60-cı ildönümünü qeyd edən Avstriya, Danimarka və Birləşmiş Krallıq üçün xüsusilə əlamətdar idi. Kiyev 2016-cı ilin sentyabrında şəhər təklifi prosesindən sonra ev sahibi şəhər elan edildi. Qərar altı namizəd şəhər ilkin olaraq 2017 Avroviziya Mahnı Müsabiqəsinin təşkilat komitəsinə öz təkliflərini təqdim etdikdən sonra qəbul edilib; Xarkov, Xerson, Lvov, Kiyev, Dnepr və Odessa. Komitə və AYİ-nin nümayəndələri daha sonra yekun şəhər namizədlərini nəzərdən keçirib yoxladılar və Kiyevi qalib elan etdilər. Müsabiqənin keçirildiyi Beynəlxalq Sərgi Mərkəzi 11.000 tamaşaçı tutumuna malikdir.