Portuqaliya bu axşam 67-ci Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və təmsilçisini seçəcək.
İki həftəlik yarımfinaldan sonra Portuqaliyanı 2023-cü ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün on üç iştirakçı mübarizə aparır. Müsabiqəyə Filomena Kautela və Vasko Palmeyrim aparıcılıq edəcək. 50% xalq səsverməsi və 50% isə Portuqaliyanın fərqli regionlarından olan münsiflər heyətinin səsi ilə seçiləcək.
Namizədlər və səhnəyə çıxış sıralaması belədir.
1-Cláudia Pascoal – “Nasci Maria”
2-Churky – “Encruzilhada”
3-Esse Povo – “Sapatos de Cimento”
4-Bárbara Tinoco – “Goodnight”
5-You Can’t Win, Charlie Brown – “Contraste Mudo”
6-Voodoo Marmalade – “Tormento”
7-Inês Apenas – “Fim do Mundo”
8-Mimicat – “Ai Coração”
9-Dapunksportif – “World Needs Therapy”
10-NEON SOHO – “Endless World”
11-Ivandro – “Povo”
12-Edmundo Inácio – “A Festa”
13-SAL – “Viver”
Ötənilki Portuqaliyanın Avroviziya təmsilçisi MARO “Festival da Cançao” finalında çıxış edəcək.
