Polşa nəhayət ki, uzun müddət davam edən söz söhbətlərə son qoyaraq Avroviziya-2024 təmsilçisini, mahnısın və klipini eyni zamanda  təqdim etdi. Ölkəni bu il “Tower”, yəni qüllə adlı mahnı ilə təmsil edəcək LUNA yaxın bir neçə ildə Polşanın ən sevilən sənətçilərindən birinə çevrilib. 1999-cu ildə Varşavada doğulan müğənni hələ uşaq yaşlarından bir neçə musiqi alətində ifa etmək bacarığına yiyələnib. Hazırda musiqi ilə yanaşı yoga dərsləri də verən LUNA mahnının hazırlanmasında bəstəkar Maxwell Cooke və Paul Dixon ilə birlikdə çalışıb.

Ancaq mahnı izləyicilər tərəfindən bir mənalı şəkildə qarşılanmayıb. Mahnının orta templi ritmik strukturda olması bəzi pərəstişkarlar tərəfindən uğursuz seçim olaraq dəyərləndirilib. LUNA isə belə şərhlərə özünəməxsus şəkildə cavab verərək aşağıdakı hekayəni öz İnstagram hesabında paylaşıb.

Tənqidlərə əsla məhəl qoymadan Malmö üçün hazırlaşan LUNA, görək may ayında uca və görkəmli Avroviziya “qüllə”sində hansı mərtəbəyə yükələ biləcək.