Ölkəmiz kimi Polşada da drama heç vaxt əskik olmur.

Polşa milli finalında münsiflər heyətinin rəhbəri Edita Qorniakın oğlu Allan Krupa müsabiqə vaxtı “green room”da müsabiqənin qalibi Blanka ilə görüntülənib.
Müsabiqənin münsif kürsüsündə oturan digər bir ad peşəkar rəqqas, Agustin Egurrola isə Blanka ilə işlədiyi iddia edilir. O, ölkədəki ən böyük rəqs məktəblərindən birinin qurucusu və sahibidir.


Qeyd edək ki, Jann və Alicyanın qələbəsinin gözlənildiyi bir gecədə nəticənin fərqli olması Polşa tamaşaçılarının narazılığına səbəb olub. Hazırda münsiflər heyətinin rəhbəri və Polşanın Avroviziya mahnı müsabiqəsində ilk təmsilçisi xanım Qorniak internetin Polşa seqmetində trendədir.

Polşa mayın 11-də Liverpulda keçiriləcək müsabiqənin ikinci yarımfinalın ikinci yarısında mübarizə aparacaq.