Ötən axşam Kişinyovdakı TRM studiyasında “Etapa națională 2023”-ün finalı baş tutdu. Həm xalqın, həm də peşəkar musiqiçilərin tam xalını almağı bacaran Paşa Parfeni sirli, mistik bir münasibətdən bəhs edən “Soarele şi luna” adlı mahnısı ilə Moldovanı yenidən təmsil etməyə haqq qazandı.
30 may 1986-cı il təvəllüdlü Paşa Parfenu ilk dəfə ölkəmizdə baş tutan Avroviziya Mahnı Müsabiqəsi 2012-də “Lăutar” adlı mahnı yarışıb və finalda 81 xalla 11-ci yeri tutmuşdur. O daha sonra 2013-cü ildə Moldovanı təmsil edən Alyona Munun səsləndirdiyi “O mie” mahnısının bəstəkarı olub və səhnədə piano ilə Alyonanı müşahidə edib, həmin il Moldova yenidən 11-ci sırada yarışmanı tamamlamışdı.
Paşa mayın 9-da keçiriləcək birinci yarımfinalın ikinci yarısında çıxış edəcək.
