BBC kanalı bu il Avroviziya Mahnı Müsabiqəsində qonaq qismində iştirak edəcək adları açıqlayıb.

Həm britaniyalı, həm ukraynalı sənətçilər müsabiqənin yarımfinal mərhələlərində möhtəşəm performansları ilə birlikdə izləyicilərin qarşısına çıxacaq.

Birinci Yarımfinal

Avroviziya Mahnı Müsabiqəsinin birinci yarımfinal açılışını aparıcı Yuliya Sanina The Hardkiss qrupu ilə birlikdə “Mayak” adlı mahnısını ifası ilə edəcək. Ukrayna dilində olacaq bu ifa 2022-ci ilin qalibləri adından bu il müsabiqəyə ev sahibliyi etməklə Böyük Britaniyanın Ukrayna ilə necə “Musiqi ilə birləşdiyini” göstərəcək.  

Birinci yarımfinal intervalında isə dünyaca məşhur britaniyalı sənətçi Rita Ora öz yeni sinqlı olan “Praising You” və ən böyük hitlərini tamaşaçılar üçün ifa edəcək.

Bununla yanaşı, Ukraynanı 2010-cu ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Alyosha, müğənni-bəstəkar Rebekka Ferquson ilə birlikdə  çıxış edəcək. Vətənini bir çox ukraynalı kimi tərk etməyə məcbur qalan Alyosha öz hekayəsini Duran Duran-ın “Ordinary World” mahnısı vasitəsilə insanlara ötürəcək.

İkinci Yarımfinal

Ukraynanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Mariya Yaremçuk, reper OTOY və 14 yaşlı Ukraynalı Uşaq Avroviziya təmsilçisi Zlata Dziunka ilə birlikdə heyrətamiz bir performansla birlikdə musiqinin qaranlığa qalib gələn bir işıq olduğunu göstərəcəklər.

Həmçinin intervalda “Be Who You Wanna Be” adlanan performans, kim olduğunuzdan asılı olmayaraq, Avroviziyanın hamı üçün bir məkan olduğunu qeyd edəcək. Üç qeyri-adi “drag” ifaçısı rəqqaslar ilə birlikdə yaşından, milliyyətindən və mənşəyindən asılı olmayaraq hər il müsabiqənin bir hissəsi olmaqdan zövq alan pərəstişkarların spektrını təmsil edir.  Möhtəşəm mahnılar və inanılmaz səhnə quruluşu ilə bu, tamaşaçıların yaddaşında qalacaq bir performans olacaq.