Avroviziya 2024 gerçəkləşmək üzrədir! Bu gecə, Avroviziyanın “YouTube” kanalında və SVT Play-də Malmödən canlı yayımlanan püşkatma mərasimində ölkələrin iştirak edəcəkləri yarımfinalların adına aydınlıq gəldi. 31 yarımfinalçı da daxil olmaqla 37 ölkənin hər biri öz performans sırasını və yarımfinalda iştirak edəcəkləri hissəni müəyyənləşdirdilər. Prodüserlər daha sonra mahnılara və səhnələşdirməyə əsaslanaraq çıxış sırasını tərtib edəcəklər. Digər altı ölkə, o cümlədən ev sahibi İsveç və böyük 5-lik, səs verəcəkləri yarımfinal şousunu öyrəndirlər. Yayımda həmçinin yeni izləyicilər üçün yarımfinalların əhəmiyyətini izah edən öncədən lentə alınmış görüntülər də təqdim edilib.

Malmö şəhərinin bələdiyyə binasında baş tutan püşkatma mərhələsinin nəticəsində ölkəmizin birinci yarımfinalın ikinci yarısında səhnə alacağı rəsmiləşib.

Ermənistan, Gürcüstan, İsrail, Latviya, Litva və Ukrayna ilə eyni səbətdə yer alan ölkəmizin hələ bəlli olmayan təmsilçisi 7 may tarixində Malmödə səhnə alcaq.