Şənbə günü ölkənin milli seçim turu olan Melodi Qran Prisinin birinci mərhələsinin sonuna yaxın bir etirazçı canlı proqramda etirazı ilə damğasını vurub.

Narahatçılığa görə üzr istəyirəm. Hazırda müharibə gedir və biz daha çox şey edə bilərik. Norveç daha çox şey edə bilər” deyə etirazçı canlı yayımda bildirib.


Etirazçının kimliyinə isə ölkənin birinci kanalı rəsmi veb saytında açıqlıq gətirib. O, 50 yaşlı Norveçli siyasətçi (Rødt partiyası) Yorunn Folkvordur. Yorunn Fələstin bayrağı və üzərində “İsraili boykot et” yazılmış köynək ilə bir anda gecənin aparıclarının yanında peyda olub.

Müsabiqə iştirakçılarının çıxışına xələl gətirməmək üçün düzgün vaxtı seçmək bizim üçün vacib idi. Folkvord NRK-ya açıqlamasında onu da qeyd edib ki, onlar həm də milli seçim turunu izləyən tamaşaçıların gecəsini məhv etmək istəməyiblər.

Raudt partiyasından olan siyasətçi gərgin olsa da, indi baş verənlər haqqında daha çox insanın danışmasına, bu haqda düşünməsinə və nəsə deməsinə töhfə vermək üçün ona şans verilməyindən məmnun olduğunu bildirib.

Şənbə günü axşam saatlarında milli seçim turunun ilk canlı buraxılışdan əvvəl kanal qarşısında Fələstin üçün etirazlar davam edib. Etirazçıların tələblərinin Norveç və ölkənin ictimai kanalı NRK-nin İsrailin müsabiqədə iştirakına etiraz etməsini, müsabiqədən kənarlaşdırılması üçün çalışmalı olduğunu bildirib. Etiraz zamanı nümayişçilər yerdə uzanıb, müharibədə həlak olan 116 jurnalisti simvolizə etmək üçün üzərində qanlı mavi jiletlər geyiniblər.

Yanvarın 10-na olan Qəzza rəsmilərinin məlumata görə, oktyabrın 7-dən bu yana 116 jurnalist öldürülüb.

NRK-nin əyləncə redaktoru Çarlo Halvorsen Qəzzadakı vəziyyətin bir çox insanı sarsıtdığını və reaksiyalara səbəb olduğunu anladığını bildirib. NRK qarşısında nümayiş keçirmək istəyənlər haqqında “Bu, bizim ifadə azadlığının yalnız bir hissəsidir.” deyə Halvorsen açıqlama verib.