İlk cavabım mənfi olmuşdu
Amma görünən odur ki, İsrailin ictimai televiziyası Noa Kireli builki müsabiqədə ölkəni təmsil etməyə razı salmaq üçün mübarizə aparıb.
“Atam mənim ən yaxınım və pozitiv menecerimdir. O, nəhayət məni bu çağırışı qəbul etməyə razı saldı. Çünki, indiyə qədər heç bir müsabiqədə çıxış etməmişəm. İctimai kanala müsbət yekun cavabımı verməzdən əvvəl Avroviziyanın həyatıma qatacağı təsirlər barəsində psixoloqumdan məsləhət almışam.”
Unicorn az qala sızdırılırdı!
Qəribə deyil, çünki builki mahnıların çoxu rəsmi kanalda yayımlanmadan əvvəl internetə sızdırılırdı. Lakin Noa sözün əsl mənasında “Unicorn” mahnısını son anda xilas edib.
Səsyazma studiyasında işçilərdən biri mahnının studio versiyasının qeydini alıb. Lakin sonda bu hal aşkar edilib və onun mobil telefonundan qeydi silməyə məcbur ediblər.
Seçim zamanı dörd mahnı var idi. Yekun qərarı “Unicorn” mahnısının yaradıcı heyəti verib. İsrailin ictimai televiziyası Noa Kirelə bu mövzuda tam azadlıq vermişdir.
Noa Kirel Liverpuldakı məşqlərə qədər heç bir ictimai yerdə mahnısını canlı oxumayacağını açıqlayıb.
Normalda mahnı 2.51 saniyədir. Lakin Avroviziya səhnəsində mahnı 2.55 saniyə olacaq. Çünki, orkestr hissəsində dəyişiklik olacaq. Əlavə isə heç bir xordan istifadə olunmayacaq, amma mahnının ortasında qısa bir fasilə olacaq.
Noa Kireli səhnədə beş rəqqas və ballerina müşayiət edəcək. Rejissoru isə İsrailin tanınmış xoreoqrafı Avichia Hacham olacaq.
Mahnının sonlarına yaxın gülüş səsi tamamı ilə təsadüf idi, lakin Noa və əməkdaşları bunu mahnıda saxlamaq qərarına gəliblər.
Noa bildirib: “Bukmeyker kontorlarını izləyirəm. Çünki nələrin baş verəcəyini bilmək istəyirəm. Yarışmanı ilk beşlikdə tamamlamaq məni qane edər.”
Bundan əlavə, o, builki favorit mahnılarından da danışıb.
“ Lorini “Melodifestivalen” zamanı ağzı açıq izlədim. Heç bir söz tapa bilmədim. Lakin ikinci qələbəsini əldə etmək onun üçün çətin olacaq”
“ Böyük Britaniyanın mahnısını da çox bəyənirəm və bir də “Cha Cha Cha” çox gözə çarpır”
Noa “Unicorn” mahnısı ilə mayın 9-u birinci yarımfinalda 9-cu sırada çıxış edəcək.
