Noa Kirelin “Unicorn” adlı müsabiqə mahnısının qısa tizeri yayımlanıb.
KAN Noa Kirelin martın 8-də nümayiş etdiriləcək 2023 Avroviziya Mahnı Müsabiqəsində ifa edəcəyi mahnısının sədaları altında əyləndiyini göstərən kiçik klip yayımladı. Bundan əlavə KAN-ın klipi ilə yanaşı müğənni də həmin klipi TikTok hesabında yerləşdirib.
Bu tizer Noa Kirelin KAN ilə məxfilik müqaviləsi imzaladığı mahnıya ilk rəsmi baxışdır.
“i24” xəbər verir ki, mahnının səs yazısı ötən həftə “WhatApp” və “Telegram” kanalları vasitəsilə yayılıb. Bu sızıntının son versiyadan çox da uzaq olmadığı bildirildi, lakin bu təsdiqlənməyib.
“Unicorn” Doron Medali, Mey Sfadia, Yinon Yahel və Noa Kirel tərəfindən hazırlanmışdır. Mahnı KAN 11-də yayımlanan xüsusi axşam verilişində açıqlanacaq.
Noa Kirel 10 aprel 2001-ci ildə mərkəzi İsrailin Raanana şəhərində anadan olub. O, 2015-ci ildə “Medabrim” adlı debüt sinqlını buraxdı və tezliklə onu 2019-cu ildə ilk ingilis dilli “Drum” sinqlı da daxil olmaqla, digər uğurlu sinqlları ilə davam etdirdi. Həmin il “Ən Yaxşı İsrail Artisti” naminasiyası üzrə “MTV Avropa Musiqi” mükafatını qazandı. O, həmçinin İsrailin cənubundakı Eylatda keçirilən “Miss Universe 2021” müsabiqəsində çıxış edib.