Nettanın Lissabonda möhtəşəm qələbəsindən sonra 2019 Avroviziya Mahnı Müsabiqəsi İsrailin Təl-Əviv şəhərində baş tutdu.
64-cü Avroviziya Mahnı Müsabiqəsi “Expo Tel Aviv”-də (Beynəlxalq Konqres Mərkəzində) keçirilib. Birinci yarımfinal 14 may çərşənbə axşamı, ikinci yarımfinal 16 may cümə axşamı və böyük final mayın 18-də şənbə günü keçirilib.
Üç şounun aparıcıları Bar Refaeli, Erez Tal, Assi Azar və Lüsi Əyyub idi.
Finalda 498 xalla Niderland təmsilçisi Dankan Lourens “Arcade” mahnısı ilə qalib gəldi.
Hər bir şounun dəqiq işləmə qaydası prodüserlər tərəfindən yarımfinallara ayrılma püşkatması əsasında müəyyən edilmişdir. “Böyük beşlik” adlanan ölkələrin hər biri və ev sahibi ölkə İsrail də iki yarımfinaldan birində səs vermək üçün ayrılmışdı: İspaniya, Fransa və İsrail birinci yarımfinalda səs verdilər. İkinci yarımfinalda Almaniya, İtaliya və Birləşmiş Krallıq səs verib.
- Ukrayna qalib gəlir – 2022 - 13/05/2023
- Məhdud auditoriyalı müsabiqə – 2021 - 13/05/2023
- Lüksemburg geri dönür! - 12/05/2023