Niderland 2024 Avroviziya Avroviziya Mahnı Müsabiqəsi üçün milli seçim turu etməyi planlaşdırır.
Ölkənin builki təmsilçiləri Mia və Dion cütlüyünün ifa edəcəkləri “Burning Daylight” mahnısının canlı performansı bir mənalı qarşılanmayıb və cütlük çox ağır tənqidlərlə üzləşib.
Niderlandın milli yayım kanalı AVROTROS-un icraçı direktoru Erik van Stade növbəti il üçün milli seçim turu təşkil etməyi düşündüyünü və bunun qaçınılmaz olduğunu açıqlayıb.
Erik Niderlandın mətbuat bürosu ANP-yə son illərdə ənənəvi etdikləri milli seçim turunun yenidən bərpasını düşündüyünü dilə gətirib:
“Öncəki illərdə keçirilən milli seçim turlarından sonra alınan nəticələrini qənaətbəxş hesab etmək olmaz. Biz yeni bir konsepsiya təyin etməliyik, ölkənin təmsilçisi xalq tərəfindən müəyyən edilməlidir.”
Niderland 2009-2012 illər ərzində təmsilçisini seçim turu vasitəsilə seçmişdi və bu illər ərzində finala vəsiqə qazana bilməyib çarəni daxili seçimdə görmüşdü.
