INFE Azerbaijan

Official Member of INFE Network

“Naviband” qrupu yeni “Müqəddəslər” mahnısını təqdim etdi

“Bahar qayıdacaq, bir gün qayıdacaq.” Ölkələrini tərk etməyə məcbur edilmiş musiqiçilər yeni mahnını doğma şəhəri Minskə həsr ediblər.

Belarus Prezident seçkilərinin ikinci ildönümündə “Naviband” qrupu “Müqəddəslər” adlı yeni mahnı və klipini təqdim edib. Klipdə Belarusu tərk etməli olan qrupun solistləri Kseniya və Artyom Lukyanenkaunun televiziya ekranında Minsk ətrafında səyahəti göstərilir.

“Eurovision 2017” mahnı müsabiqəsinin iştirakçıları keçən il hakimiyyətin təzyiqləri səbəbindən Belarusu tərk etməli olublar. Musiqiçilər 2020-ci ildə Prezident Aleksandr Lukaşenkonun yenidən seçilməsinə qarşı etiraz etmiş, nümayişlər zamanı zorakılığı və qanunsuzluğu pisləyib və siyasi hadisələrə bir neçə mahnı həsr ediblər. 2021-ci ildə isə musiqiçilər “qara siyahı”ya salındıqdan sonra ölkələrini tərk etməli olublar.

Mənbə: belsat

Next Post

Previous Post

© 2022 INFE Azerbaijan

Theme by Anders Norén