Moldova “Etapa Națională” şousu vasitəsilə Avroviziya 2024 təmsilçisinin adına aydınlıq
gətirib. Müsabiqədə 11 ifaçı mübarizə apardı, lakin qalib gələn və Malmöyə bilet qazanan
Nataliya Barbu oldu.
Natalya səsvermənin sonunda Valeriya Paşa ilə birlikdə ilk sıranı bölüşdüyündən bu, gərgin
mübarizə ilə yadda qaldı. Lakin Natalya münsiflər heyətinin ən yüksək xalını qazandığından
(hər beş münsifdən 12 xal qazanaraq), o, qalib elan edildi.


Bu, Nataliyanın Avroviziyada ikinci çıxışı olacaq. O, bundan öncə 2007-ci ildə Moldovanı
təmsil edərək onuncu yeri tutmuşdu.
Yekun nəticə Moldova ictimaiyyətinin və münsiflər heyətinin birgə səsverməsi ilə müəyyən
edilib. Hər biri ümumi balın 50%-ni təşkil edib. Bərabərlik nəticəsində münsiflər heyətinin ən
yüksək balını qazanan iştirakçı qalib elan edilib.
Hər bir münsif 12, 10, 8, 7, 6, 5, 4, 3, 2, 1 xallardan ibarət dəstlə mahnıları dəyərləndirib.
Münsiflər heyətinin hər bir üzvü səs verdikdən sonra onların səsləri birlikdə cəmlənib.