İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək “Eurovision 2019”, narıncı xalça mərasimi ilə özünün rəsmi olaraq açlışını edəcək.
Tel-Əviv-Yafonun Habima Meydanında baş tutacaq narıncı xalça mərasimi Bakı vaxtı ilə 19:00-da baçlayacaq.
Akkreditə olunmuş P (media nümayəndələri) və F (fanatlar) qatıla biləcəyi mərasimdə 41 müsabiqə ölkəsi və beynəlxalq nümayəndə heyətinin üzvləri göz qamaşdıran geyimləri ilə narıncı xalaça üzərindən keçərək mətbuat nmüayəndələrinin suallarını cavablandıracaqlar.
Narıncı Xalçanın xəritəsi:

500 müsabiqə fanatının qatılmasının gözlənildiyi nüfuzlu mərasimin giriş hissəsində İsrail höküməti tərəfindən hava limanlarında olduğu kimi təhlükəsizlik sistemi quraşdırılıb.
Qeyd edək ki, ölkə təmsilçimiz Çingiz Mustafayev narıncı xalça üzərinə 37-ci olaraq çıxacaq.
Ölkələrin çıxış sırası:
1. Kipr 2. Monteneqro 3. Finlandiya 4. Polşa 5. Sloveniya 6. Çexiya Respublikası 7. Macarıstan 8. Belarus 9. Serbiya 10. Belçika 11. Gürcüstan 12. Avstraliya 13. İslandiya 14. Estoniya | 15. Portuqaliya 16. Yunanıstan 17. San Marino 18. Fransa 19. İspaniya 20. Ermənistan 21. İrlandiya 22. Moldova 23. İsveçrə 24. Latviya 25. Rumıniya 26. Danimarka 27. İsveç 28. Avstriya | 29. Xorvatiya 30. Malta 31. Litva 32. Rusiya 33. Albaniya 34. Norveç 35. Hollandiya 36. Şimali Makedoniya 37. Azərbaycan 38. İtaliya 39. Birləşmiş Krallıq 40. Almaniya 41. İsrail 42. Beynəlxalq nümayəndə |
Mərasimə burdan baxa bilərsiniz: