2001 Avroviziya Mahnı Müsabiqəsində indiyədək ən böyük məkan olan Kopenhagendəki Parken Stadionunda rekord qıran 35.000 tamaşaçı iştirak etmişdir.

Hadi, hamı!

2001 Avroviziya Mahnı Müsabiqəsində 23 ölkə iştirak edirdi. Bosniya və Herseqovina, Polşa, Portuqaliya, Sloveniya, Litva və Yunanıstan son beş yarışda ən aşağı orta nəticəyə malik yeddi ölkəni əvəzləyərək müsabiqəyə qayıdıblar: Rumıniya, İsveçrə, Makedoniya, Finlandiya, Belçika, Avstriya və Kipr.

Kopenhagendəki Parken Stadionundakı müsabiqəyə təxminən 35,000 tamaşaçı qatılması ilə Stokholmda öncəki ilki tamaşaçı rekordu 2001-ci ildə yeniləndi.

Bu il Fransa, Yunanıstan və Sloveniyanın qalib gələcəyi proqnozlaşdırılırdı, lakin Estoniya kuboku alaraq hər kəsi təəccübləndirdi.

Qalib haqqında

Tanel Padar və Aruba əsilli Deyv Bentonun pop-fank mahnısı “Everybody” 2001 Avroviziya Mahnı Müsabiqəsində ikinci yeri tutan Danimarkanı 21 xal qabaqladı Mahnı Avropada hitə çevrilmədi, lakin Estoniyaya növbəti il müsabiqəyə ev sahibliyi etmək imkanı verdi.

Faktlar və rəqəmlər

• AYİ bu il yeni qayda tətbiq etdi ki, 2002-ci il müsabiqəsində yalnız ilk 15-likdə qərarlaşan ölkələr və “böyük dördlük” (Almaniya, İspaniya, Birləşmiş Krallıq və Fransa) iştirak edə bilərdi;

• Danimarkanın milli yayım şirkəti olan DR Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmək üçün tələblərə cavab verən Parken Stadionunun üzərində dam tikmək də daxil olmaqla, böyük problemlərin öhdəsindən gəlməli idi. Məkan hələ də müsabiqəyə ev sahibliyi edən ən böyük arenadır;

• Aparıcılar bütünlüklə qafiyəli qoşmalarla danışdılar, bu da Birləşmiş Krallıq şərhçisi Terri Voqanın lağ etməsinə səbəb oldu. Danimarka yayımçısı BBC-yə şikayət etdikdən sonra o, şərhlərinə görə üzr istədi.