1965 Avroviziya Mahnı Müsabiqəsi Neapolda keçirildi və Lüksemburq öncəki qələbəsinə daha birini əlavə etdi. Frans Qall tərəfindən ifa edilən “Poupée de cire, poupée de son” mahnısı müsabiqə tarixində əlamətdar bir andır, çünki ilk dəfə bir pop mahnısı Avroviziya Mahnı Müsabiqəsində qalib gəlirdi.

İsveç geri dönür, İrlandiya debüt edir

İtaliya və onun milli yayım şirkəti RAI builki müsabiqəyə ilk dəfə ev sahibliyi etdi. 18 ölkə iştirak etdi, o vaxta qədər iştirakçı sayı özünün pik həddinə çatdı. Bir illik fasilədən sonra İsveç müsabiqəyə geri döndü və İrlandiya ilk çıxışını gerçəkləşdirdi. Almaniya, Belçika, Finlandiya və İspaniya sıfır xal toplayıb, Lüksemburq isə yeniyetmə Frans Qall tərəfindən ifa olunan “Poupée de cire, poupée de son” mahnısı ilə ikinci dəfə qalib gəlib. Mahnı demək olar ki, bütün Avropa ölkələrində hitə çevrildi və sonrakı illərdə müsabiqəyə qatılan mahnıların janrına böyük təsir göstərdi.

İsveç təmsilçisi İnqvar Viksel ilkin olaraq “Annorstädes vals” adlanan mahnısını isveçcə deyil, ingilis dilində ifa etdi, digər iştirakçılar isə öz ana dillərində mahnılarını təqdim etdilər. Bu hadisə qayda dəyişikliyinə səbəb oldu, yəni bütün iştirakçılar mahnılarını öz ana dillərində ifa etməli olacaqdılar.

Faktlar və rəqəmlər

İlk dəfə Avroviziya Mahnı Müsabiqəsi təkcə Avropa Yayım İttifaqı deyil, həm də Şərqi Avropadakı həmkarı “Intervision” tərəfindən yayımlanıb.