Avropa Yayım Birliyi “Eurovision 2023” mahnı müsabiqəsinin səsvermə sisteminə əsaslı dəyişiklikləri açıqlayıb. Təfərrüatlar Müsabiqənin Referans Qrupu tərəfindən bu gün əvvəl təsdiqləndikdən sonra paylaşıldı.
Yeniliyə əsasən:
- Yarımfinal mərhələsindən finala keçən ölkələr yalnız tamaşaçı səsləri ilə müəyyənləşdiriləcək
- Müsabiqədə iştirak etməyən ölkələrdə olan tamaşaçılar da onlayn səsvermədə iştirak edə biləcəklər
- Final nəticələrini təyin etmək üçün həm münsif, həm də qlobal auditoriyadan gələn online səslər toplanacaq
Yarışma tarixində ilk dəfə, iştirakçı olmayan ölkələrdən olan tamaşaçılar da öz sevimli mahnılarına səs verə biləcəklər!
Eurovision Mahnı Müsabiqəsinin İcraçı Direktoru Martin Österdal dəyişikliklər barədə deyib:
“67 illik tarixi boyunca Eurovision Mahnı Müsabiqəsi aktual və maraqlı olmaq üçün daim təkmilləşib.
2023-cü ildə yalnız Eurovision Mahnı Müsabiqəsi tamaşaçıları hansı ölkələrin Böyük Finala çıxacağına qərar verəcək və tədbirin qlobal təsirini əks etdirərək, şounu izləyən hər kəs, dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, öz sevimli mahnılarına səs verə bilər.
Yekun nəticənin müəyyən edilməsinə münsiflər heyətini də cəlb etməklə, Böyük Finaldakı bütün mahnıları mümkün qədər geniş meyarlar əsasında qiymətləndirmək olar. Biz həmçinin xal toplamaq və qalibin yalnız şounun ən sonunda açıqlanması ilə həyəcanlandırıcı səsvermə ardıcıllığını təmin etmək üçün Avropa və Avstraliyanı gəzmək ənənəsini qoruya bilərik.’