Marsel Bezençon Mükafatları bu il də öz sahiblərini tapdı. Mətbuat nümayəndələrinin, şərhçilərin və bəstəkarların birgə müəyyənləşdirdiyi Marsel Bezençon Mükafatları bu il də öz sahibni tapdı.

3 nominasiyası olan mükafatlandırma mərasimində 3 mükafatın 3-ü də keçmiş müsabiqə içtirakçılarına getdi.
Mükafatların təsis edildiyi 22 il ərzində ilk dəfə olaraq bir sənətçi ikinci dəfə eyni mükafata layiq görüldü. Bununlada Lorin tarix yazaraq müsabiqə mahnısı “Tatoo” ilə həm Mətbuat Mükafatı, həm də İncəsənət Mükafatını ikinci dəfə qazandı. O, eyni mükafatları 2012-ci ildə “Euphoria” mahnısı ilə də qazanmışdır.

Bəstəkar Mükafatı bu il İtaliya, Marko Manqonin “Due Vite” əsərinə verildi.



Qeyd edək ki, Avroviziya Mahnı Müsabiqəsinin yaradıcısının adını daşıyan mükafat ilk dəfə 2002-ci ildə Krister Björkman (İsveçin 1992 Avroviziya Mahnı Müsabiqəsində təmsilçisi) və Riçard Herreyin (Herreys üzvü, 1984 Avroviziya Mahnı Müsabiqəsinin qalibi) təşəbbüsü ilə yaradılıb.