Bu axşam Moldova onları Avroviziya Mahnı Müsabiqəsi 2023 səhnəsində təmsil edəcək mahnını və təmsilçini seçəcək.

10 namizədin mübarizə apardığı “Etapa nationalâ 2023” Bakı vaxtı ilə 21:00-da Maldovanın OUTtv telekanalında canlı yayımlanacaq.

Yarışmaçılar arasında ölkəmizdə keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində “Lăutar” mahnısı ilə yarışan Paşa Parfeni, 2010 və 2017-ci illərdə Moldovanı təmsil etmiş “SunStroke Project” qrupu və 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən müsabiqədə “O mie” mahnısı ilə yarışan Aliona Mun da var. Siyahı isə belədir:

Donia — “Red Zone”

OL — “Why You Play It Cool”

Viktor Qulik — “Let’s Dance”

Surorile Osoianu — “Bade, bădişor, bădiţă”

COSMINA — “Indestructible”

NÖRDIKA — “Damn and Down”

Aliona Mun — “Du-mă”

SunStroke Project — “Yummy Mommy”

Paşa Parfeni — “Soarele şi luna”

Korina İvanov — “When Love’s Real”

İnterval aktlara isə Latviya, Polşa və Rumıniya təmsilçiləri dəvət olunub.

Gecənin qalibi 50% münsiflər heyəti və 50% ictimai səsvermə ilə bəlli olacaq.