INFE Azerbaijan

Official Member of INFE Network

Mimiket Portuqaliyanı təmsil edəcək

Portuqaliyada qalibimiz var. Artıq ölkə Liverpulda keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində onları təmsil edəcək şəxsi və mahnısını seçdi. Mimiket may ayında Portuqaliyanı sözləri və bəstəsi Luiz Pereira və Mimiketın özünə aid olan “Ai Coração” adlı mahnı ilə təmsil edəcək.

Mimiket səhnə ləqəbi ilə tanınan Marisa İ,abel Lopez Mena 25 oktyabr 1989-cu ildə anadan olub.

Daha çox pop və soul mahnılar oxuyan Marisa 2014-cü ildə səhnə fəaliyyətinə başlayıb və 2 albom buraxıb, indi isə o, ölkəsini təmsil etməyə vəsiqə qazandı.

Portuqaliya may 9-u birinci yarımfinalın birinci hissəsində yarışacaq.

Next Post

Previous Post

© 2023 INFE Azerbaijan

Theme by Anders Norén