Bu gün İsveçin və Avropanın ən böyük mahnı müsabiqələrindən biri olan “Melodifestivalen
2024”-ün 4-cü mərhələsi baş tutacaq. 1-ci mərhələnin ardından 3-cü mərhələdə də izləyicilərin
böyük hissəsi tərəfindən “zəif yarımfinal” deyə tənqid etdikləri müsabiqənin 4-cü mərhələsində
olduqca iddialı iştirakçılar çıxış edəcək. Bunlardan biri 2012-ci ildə “Amazing” mahnısı ilə Lorinə
məğlub olaraq ikinci olmuş Danni Sausedo, digəri isə 2020-ci il ikincisi “Bulletproof” mahnısı və
ecazkar səhnəsi ilə izləyiciləri valeh edən, Avroviziyada iştirak etməsə belə, Avropada yüz
minlərlə dəstəkçisi olan Dotterdir. Bu yarımfinalın əsas favoritləri də məhz onlar hesab olunurlar.
Qeyd edək ki, 4-cü hissə daha çox elektro və ritmik mahnılardan ibarətdir və səhnəyə çıxış sırası
bu şəkildədir:

1. Albin Tinval — “Done Getting Over You”
2. Liya Larson — “30 km/h”
3. Dotter — “It’s Not Easy to Write a Love Song”
4. Skarlet — “Circus X”
5. Lasse Stefans — “En sång on sommaren”
6. Danni Sausedo — “Happy That You Found Me”


Bəs sizin bu hissədən gözləntiləriniz nədir? Hazırda seçilmiş olan mahnılardan favoritləriniz varmı?