Ukraynanı bu il “Eurovision”da təmsil etmək üçün xalq tərəfindən keçirilən səsvermədə birinciliyə layiq görülən və daha sonra yarışmadan imtina edən Maruv Bakıya gəlir.

Axşam.az xəbər verir ki, o, 25-28 iyulda baş tutması planlaşdırılan “Jara” festivalında səhnəyə çıxacaq.

Müğənninin səhnədə çıxışı 28 iyulda olacaq.

Qeyd edək ki, müğənninin “Eurovision”dan imtina etməsinə səbəb, yarışmanın Ukrayna heyyətinin ona maliyyə ayırmaması, həmçinin, kəskin siyasi qadağalar qoyması idi.