Son anda təmsilçisini milli seçim turu ilə seçəcəyini elan edən Rusiyanın qərarı bəllidi. Şouda qrupun yaradıcısı Ilya Prusikin ölkəni bu il təmsil etməyəcəklərini açıqlayıb.

https://www.instagram.com/p/CMKmqJcLfX3/?utm_source=ig_web_copy_link

Milli seçim turunun iştirakçıları şou zamanı açıqlanıb. Therr Maitz, #2MashiManizha Rusiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün rəqabət aparıblar.

Xalq səsverməsi nəticəsində 39.7% səslə Manizha “Russian Woman’ adlı mahnısıyla qalib gəlib. Manizha mahnını belə açıqlayır:

Bu, son bir neçə əsrdə Rusiyada qadınların öz şüurunu dəyişdirməsindən bəhs edən bir mahnıdır. Rus qadın kəndli daxmasından çıxaraq seçmək və seçilmək hüququna, fabrik emalatxanalarından kosmik uçuşlara qədər inanılmaz bir yol qət edib. Heç vaxt stereotiplərə qarşı durmaqdan və məsuliyyət götürməkdən çəkinməyib. Bu mahnı üçün ilham mənbəyi idi. Mahnını 8 Mart 2020-ci ildə qastrolda yazdım, ancaq ilk dəfə bir il sonra ifa etdim.

Gecənin açılışını ötən ilin Rusiya təmsilçisi Little Big qrupu “Uno” mahnısıyla edib. Rusiyaya tək qalibiyyəti gətirən Dima Bilan “Believe” mahnısını ifa edib. Həmçinin ölkənin 2015 təmsilçisi Polina Gagarina “A Million Voices” və 1995 təmsilçisi Filipp Kirkorov “Колыбельная для вулкана” mahnısını ifa edib. Eyni zamanda Natalia Gordienko, Dmitriy Koldun, Dina Garipova və Masha Katz da qonaq qismində iştirak edib.

Qeyd edək ki, Rusiya 18 Mayda baş tutacaq 1-ci yarımfinalda yarışacaq.