Rusiyanın qatıldığı son “Eurovision” mahnı müsabiqəsi təmsilçisi Rus-tacik ifaçı Manija ilk dəfə psixi sağlamlığında yaranmış çətinliklərlə bağlı danışıb və mübarizəsinin nəticəsi olan yeni EP albomunun anonsunu verib.
“Böyüklər üçün layla” adını verdiyi yeni EP albom ilin ən uzun gecəsi – Dekabrın 21-i düz saat 00:00-da yayımlanıb.
“Laylaları adətən uşaqları sakitləşdirmək ümidi ilə oxuyurlar, lakin son dərəcə narahatedici, kədərli və hətta faciəli olan bu ildə bir çoxumuz uşaq kimi özümü sakitləşdirmək üçün layla oxumaq istəyini hiss etmişik. İçimdəki uşağı hiss etdim və başa düşdüm ki, ona yalnız musiqi ilə kömək edə bilərəm. “Ümid edirəm ki, “Böyüklər üçün layla” sizə ehtiyacınız olduğu dəstəyi tapmaqda və biraz rahatlamaqda kömək edəcək” deyə ifaçı bilidirib.
8 mahnının yer aldığı EP-ə burdan qulaq asa bilərsiniz:
- Salam
- qonaq
- Biz özümüzü yenidən tapacağıq
- mavi səmanın altında
- Sevgi haradadır
- ümid
- Gündə
- adamlar yenidən insana çevrilir
“Son bir neçə aydır ki, kiminsə mənə mahnı oxumasını və ya mənimlə danışmasını arzulayıram.” deyə EP-i ilə bağlı açıqlama verən ifaçı bura daxil olan 2 mahnını tacik dilində ifa edib. O, həmçinin mahnılar arası dinləyiciləri ilə söhbətləşməyi də unutmayıb.
Qeyd edək ki, LGBT icması, qadın haqları, miqrantların açıq dəstəkçisi olan Tacikistan əsilli ifaçı son olaraq Rusiyanın Ukraynanı işğalını açıq şəkildə pisləmişdir. İfaçı hazırda Rusiyada ən çox nifrət edilən ifaçılardan biridir.