“We could be the same” adlı mahnı ilə Türkiyəyə “Eurovision 2010” mahnı müsabiqəsinin ikinciliyini gətirən, MTV Avropa mükafatının qalibi maNga qrupu Bakıya gəlir.
Türkiyənin alternativ rok qrupu maNga 22 İyun, saat 20:00-da Elektra Events Hall-da konsert proqramı ilə çıxış edəcək.
1 saat 30 dəqiqəlik konsert zamanı qrup ən populyar hitlərini azərbaycanlı izləyiciləri üçün ifa edəcək.
- Qapılar açılır – 18:00
- DJ çıxışı (preparty) – 19:00
- maNga çıxışı – 20:00
- DJ çıxışı (afterparty) – 21:30 – 23:00
Mənbə: iticket.az