INFE Azerbaijan

Official Member of INFE Network

Måneskinin çıxışı senzuraya məruz qaldı!

Dünən axşam “MTV Video Musiqi Mükafatlarında” çıxış edən bir çox ifaçılarından biri də “Eurovision” qalibi Måneskin qrupu idi. Lakin, qrup üzvlərinin geyimləri çox açıq-saçıq olduğu üçün onların çıxışı senzuraya məruz qalıb.

Måneskin qrupu 2021-ci ildə “Eurovision” mahnı müsabiqəsində qalib olduqdan sonra məşhurlaşmağa başlayıb. Onlar müsabiqənin son illərdəki ən uğurlu qalibi hesab olunurlar. Qalibiyyətdən sonra qrupun yayımladığı mahnılar hit-paradların ən yüksək pillələrində yer alaraq qrupa dünya ulduzu statusu qazandırıb.

Występ Måneskina na MTV VMA ocenzurowany po awarii szafy - Aktualności.news

Avqustun 28-də 2022 “MTV Video Musiqi Mükafatları” baş tutub. Qrup gecədə son hiti olan “Supermodel” mahnısını ifa edib. Gecənin ən çılğın çıxışlarından biri kimi tarixə düşən çıxışa isə “MTV” tərəfindən senzura qoyulub.
Belə ki, Vokalçı Damiano David köynəksiz çıxış edərək kovboyları xatırladan yanları saçaqlı dəri şalvar geyinib. O, bir anda o çevrilərək tamaşaçılara arxasını göstərib. Müğənninin geyimi MTV üçün belə çox cəsarətli olub. Kanal çıxışı canlı yayımlarkən qrupu yaxından deyil, səhnənin havadan görünüşünü göstərib. Bir çox Twitter izləyicisi bunun Viktoriya De Anjelisin səhnə geyimi ilə bağlı olduğunu düşünüb.

İtalyan pop-rok qrupu bu ilki tədbirdə iki nominasiya üzrə namizəd olub: “I wanna be your slave” mahnısına görə yeni ən yaxşı artist və ən yaxşı alternativ video. Onlar Ən Yaxşı Alternativ Video Mükafatını qazanıblar.

Next Post

Previous Post

© 2022 INFE Azerbaijan

Theme by Anders Norén