“X Faktor Danimarka”-nın bir çox çıxışını hazırlayan Mads Enqqaard bu il də Azərbaycanın səhnə rejissoru olacaq.

Danimarkalı rejissor Avroviziyaya, o cümlədən Azərbaycan nümayəndə heyətinə heç də yad olmayan simadır.

2019 və 2021-ci illərdə təmsilçilərimizin səhnə rejissorluğunu edən Mads bu il də nümayəndə heyəti ilə əməkdaşlığını davam etdirir.

O, müsabiqədə öz ölkəsi Danimarka üçün 2004, 2010, 2018 və 2019-cu illərdə çalışaraq uğurlu olmağı bacarıb. Mads 2 il öncə müsahibəsində qeyd edir:
Danimarkadan daha böyük büdcəsi olan ölkə ilə işləmək həmişə əyləncəlidir.”

Cənab Enqqaard həmçinin müxtəlif illərdə sənətçilərin məşqdən sonra nümayəndə heyəti ilə birlikdə performansı izləmək üçün yollandıqları “baxış otağı”nın prodüserliyini edib.